!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp prezident seçilərsə, bu addımları atacaq – DETALLAR

!Reklam – Yazi

Respublikaçıların ABŞ prezidentliyinə vahid namizədi Donald Trampın ən böyük üstünlüyü onun qeyri-müəyyənliyidir. Tramp sakit görünə, lakin ani hərəkətlə hər şeyi alt-üst edə biləcək potensialdadır. Buna görə də rəqibləri onun necə davranacağını proqnozlaşdırmaya çalışırlar, amma bunu müəyyən etmək asan iş deyil.

Yenicag.az xəbər verir ki, bu barədə “The Financial Times” nəşrinin “Donald Trampın ikinci dönəmdə xarici siyasəti necə olacaq?” adlı sərlövhəli məqaləsində qeyd olunub.

Qəzetin məlumatına görə, Trampa yaxın məsləhətçilər bildiriblər ki, o, Avropa və Tayvandan daha çox müdafiə xərcləri tələb edəcək. Tramp həmçinin NATO-da qalmağa davam edəcək, lakin, eyni zamanda, o, NATO üzvlərinin üzərinə daha çox öhdəlik qoyacaq. Trampla işləmiş bir qrup CIA əməkdaşı söyləyiblər ki, böyük ehtimalla, eks-prezident Çinə qarşı ticarət müharibəsini başqa formatlarda davam etdirəcək.

Nəşrin yazdığına görə, D. Tramp Ukraynada sülhü qısa zamanda təmin edə biləcəyini də əlavə edib:

“Trampla çalışan xarici siyasət məsləhətçiləri hesab edirlər ki, o, Ukraynanın NATO-ya üzvlüyünə maraq göstərməyəcək, lakin Rusiyaya neft qiymətləri ilə təzyiq etmək istəyir. Trampın birinci dönəmdə əsas ticarət məsləhətçisi olan Peter Navarro hesab edir ki, ABŞ-nin Rusiyaya qarşı təsir rıçaqları qalmaqdadır. O, Amerika nefti hasilatını artırmaqla qiymətləri aşağı çəkməyə və Rusiyanın əsas gəlirlərinə təzyiq etməklə onu masaya oturtmağa çalışa bilər”.

KİV-in əlavəsinə görə, unutmaq olmaz ki, Rusiya iqtisadiyyatında problemlər artır:

“Doğrudur, bu Səudiyyə Ərəbistanını qane etməyə bilər, lakin Tramp Körfəzlə anlaşmaq potensialını artıq sübuta yetirib. Bundan əlavə, Tramp Yaxın Şərqdə iştirakı azaltmağı və Asiya-Sakit okean regionuna istiqamətlənməyə iddialıdır. Lakin respublikaçı həm də İrana təzyiqləri artıra bilər. O, birinci dönəmdə artıq İranla nüvə anlaşmasından çıxıb və ola bilər ki, Tramp ikinci dönəmdə İranla əməkdaşlıq edərək sanksiyaları yaran ölkələrə sanksiyalar tətbiq etsin. Lakin İsrailə olan bütün yaxınlığına rəğmən, İrana qarşı “şahin duruşu”na baxmayaraq, Tramp İranla birbaşa və böyük müharibəyə maraqlı deyil və çətin ki, Pentaqon da bununla razılaşsın”.

Rafi Müslümov

COP29

www.yenicag.az

122
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv