Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tramp Rusiyanın “nəfəsliyi”ni bağlayır: “Əsas hədəf Avropanın qaz bazarıdır” - Ekspert

Donald Tramp administrasiyası Rusiyanı əsas gəlir mənbəyindən məhrum etmək üçün hərəkə keçib.

Yenicag.Az Rusiya mediasına istinadən xəbər verir ki, ABŞ-ın dövlət katibi Reks Tillerson Konqresin assiqnasiyalar üzrə alt komitəsinin iclasındakı çıxışında Avropanı Rusiya qazından imtinaya çağırıb:

“Biz Avropa İttifaqı ölkələrini, Avropanın digər dövlətlərini “Şimal axını – 2” boru xətti layihəsini dərindən təftiş etməyə çağırırıq. Ona eyham vururuq ki, onların Rusiya qazından asılılıqlarını gücləndirmələri Avropanın uzunmüddətli enerji təhlükəsizliyinə cavab vermir”.

Tillersonun bu çağırışını Yenicag.Az-a şərh edən politoloq Elxan Şahinoğlunun fikrincə, bu çərçivədə ABŞ-ın əsas hədəfi Avropanın təbii qaz bazarında hegemonluğu ələ keçirtməkdir:

“Reks Tillersonun Avropa dövlətlərinə çağırışının arxasında iki səbəb dayanır. Birincisi, Vaşinqton bu yolla Rusiyaya təzyiqin artırılmasını planlaşdırır. Ağ Ev istəyir ki, Kreml xarici siyasətinə düzəliş etsin, qonşularına təhlükə yaratmasın. Yəni əgər Avropa İttifaqı dövlətləri Rusiyadan qaz almaqdan imtina etsələr, bu, Rusiyaya ciddi iqtisadi zərbə olacaq. Onsuz da Krımı işğal etdiyinə və Donbas separatçılarına verdiyi dəstəyə görə Rusiya sanksiyalardan əziyyət çəkir, üstəlik qazını da almasalar, iqtisadi vəziyyəti daha da ağırlaşacaq.

Ancaq mən Avropa dövlətlərinin Amerika istəyir deyə, Rusiya qazından imtina edəcəyini düşünmürəm. İkincisi, ABŞ Avropaya sıxılmış qaz ixracatına başlayır və deməli, Avropa bazarında əsas rəqibi Rusiyadır. Ona görə də Tillersonun Avropaya çağırışı bazarda rəqibini sıxışdırmaq məqsədi də güdür. Belə baxanda, Avropa İttifaqı dövlətləri Rusiyadan qaz asılılığını azaltmağa çalışırlar; əgər alternativlərdən biri TAP və TANAP boru xətləri ilə köhnə qitəyə çatdırılacaq Azərbaycan qazıdırsa, digəri sıxılmış Amerika qazı ola bilər. Buna baxmayaraq, Avropa tamamən Rusiya qazından imtina etməyəcək”.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

575
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100