!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp sinaqoqa hücumdan danışdı: “Amerikada nələr olur?”

!Reklam – Yazi

Pensilvaniya ştatının Pittsburq şəhərində sinaqoqa baş verən hücumla bağlı yeni detallar açıqlanıb.

Yenicag.az xəbər verir ki, Pittsburq təhlükəsizlik xidmətlərinin məlumatına əsasən hadisədə ölənlərin sayı 11 nəfərə çatıb. Daha 4 nəfərin ağır yaralı olduğu bildirilib.

Məlumatda 46 yaşındakı ABŞ vətəndaşı Robert Boversin nəzarətə alındığı və dindirilməsinə başlanıldığı qeyd edilib.

ABŞ mətbuatına əsasən, Robert hadisə zamanı ”Bütün Yəhudilər ölməlidir” şüarını səsləndirib.

ABŞ prezidenti Donald Tramp, hadisəni qınayıb. Bunu “qorxunc ” hadisə kimi dəyərləndirən Tramp “Amerikada nələr olur?” şəklində sualla çıxış edib.

Bu hücumun ibrətlik bir dərs olduğunu qeyd edən prezident Tramp, sinaqoqun qorunmasının daha mükəmməl təşkil edilməsinin vacib olduğunu deyib.

www.yenicag.az

3877
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv