“ABŞ Ukraynanı verib Rusiyanı Çindən qoparır”.
Bu fikri Ukraynanın təslimçiliyə təhrik edilməsini Yenicag.az-a dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.
O, bildirib ki, Trampın əsas məqsədi Rusiyalı birləşib Çinə qarşı mübarizə aparmaqdır:
“Hansısa bir dövlətin siyasətini onun hakim sinfi müəyyənləşdirir. Ukraynanın hakim siyasi sinfi rüşvətxor deputatlardan, nazirlərdən və cahil kütlədən ibarətdir. Əgər belə bir dövlət ağır sınağa düşübsə, vəhşi, yırtıcı təcavüzkar bir qonşu ilə müharibə aparırsa, özünün də əsas mənbələri ABŞ və Avropanın köməyidirsə, demək, bu kömək kəsiləndə ölkə ağır vəziyyətə düşəcək. Həqiqətən də düşdü”.
“Trampın əsas məqsədi Rusiyanı Çindən qoparmaqdır. Rusiyanı Çindən qoparmaq üçün ABŞ Rusiyaya nə isə verməli idi. ABŞ da Ukraynanı verib Rusiyanı Çindən qoparır və sonra Rusiya ilə birləşib Çinə qarşı mübarizə aparır. Bu, Trampın çox sadə oyunudur. Sual yaranır, nə üçün Ukrayna özünü elə bir vəziyyətə salmışdı ki, xarici qüvvələrdən asılı olsun? Bu Ukraynanın günahıdır. ABŞ Ukrayna sərvətlərinin 50 faizini tələb edir. Buna səbəb də verdiyi maliyyə və silahdır. Ukraynanın özünün silahı, pulu haradadır? Hamısını satıb, oğurlamışdılar. Ukrayna öz cəzasını çəkir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Səxavət Məmməd
www.yenicag.az