Tramp və Putin bir-birilərini TƏBRİK ETDİLƏR
“Qələbə Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp bir-birinə yardımçıları vasitəsilə səmimi təbriklər göndəriblər”.
Yenicag.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
“Ümumi və böyük bir bayram münasibətilə qarşılıqlı təbriklər və səmimi sözlər çatdırıldı”, – deyə Uşakov bildirib.
O qeyd edib ki, tərəflər konkret ifadələr üzərində israr etməyiblər və əsasən mehribanlıq nümayiş etdirilib.
Uşakov daha əvvəl də açıqlamışdı ki, Qələbənin 80 illiyi münasibətilə Putin və Tramp artıq təbrik mesajları mübadiləsi aparıblar.