!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp yenə də Kanadaya İLİŞDİ: “Qeyri-ciddi təsir bağışlayır”

!Reklam – Yazi

“Tramp hakimiyyətə gəldiyi dövrdə də bir sıra açıqlamalar vermişdi. Onun ən diqqətçəkən bəyanatlarından biri isə Rusiya ilə münasibətlərin normallaşdırılmasına dair idi. Halbuki ondan əvvəlki Bayden administrasiyası Rusiya hökumətini daha çox tənqid edirdi, xüsusən də Ukrayna ərazilərinin işğalı ilə bağlı mövqeyində”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əli Zülfüqaroğlu deyib.

Siyasi təhlilçi ABŞ-nin 47-ci prezidenti Donald Trampın Kanadanın Baş naziri Castin Trüdoya ünvanlandığı Milad təbrikində onu yenidən Kanadanın qubernatoru adlandırması məsələsinə münasibət bildirib.

Ə. Zülfüqaroğluna görə, bu məsələdə Trampın yanaşması isə fərqli idi:

“Onun Kanada və Panama ilə bağlı bəzi açıqlamalarını qeyri-ciddi sayıram və düşünürəm ki, bu, daha çox əvvəlki Bayden administrasiyasının Kanada və digər ölkələrlə yaxın münasibətləri ilə əlaqədardır. Əgər Tramp yeni siyasi xətt yürütməyə başlasa, o, öz administrasiyasına yaxın olan hökumətlərlə əməkdaşlıq etməyə üstünlük verəcək. Bunun nəticəsi olaraq, ABŞ-nin Avropa İttifaqı, o cümlədən Almaniya, Fransa və digər ölkələrlə, eləcə də Kanada ilə münasibətlərində müəyyən problemlər yarana bilər. Hesab edirəm ki, ilkin olaraq bu yanaşma üzərində dayanmaq olar. Əlbəttə, Trampın açıqlamaları ətrafında gələcəkdə də müzakirələr davam edəcək. Lakin qeyd etdiyim kimi, bəzi açıqlamalar, xüsusən də ayrı-ayrı ölkələrin ABŞ-yə birləşdirilməsi ilə bağlı səsləndirilən fikirlər qeyri-ciddi təsir bağışlayır”.

Analitikin fikrincə, burada əsas məqam odur ki, yeni administrasiyanın siyasətinə uyğun olaraq digər hökumətlərə təzyiq imkanları artırıla bilər:

“Onlar yeni hakimiyyətin yürüdəcəyi siyasətə dəstək vermək məcburiyyətində qala bilərlər. Bundan əvvəlki prezidentlik dövründə Fransada baş verən “Sarı jiletlər” hərəkatına bənzər hadisələrin digər ölkələrdə də təkrarlanması ehtimalı var. Mənə elə gəlir ki, ərazilərin ilhaqı və oxşar təkliflər real deyil. Bu cür bəyanatlar sadəcə olaraq siyasi mesaj xarakteri daşıyır və yalnız bu kontekstdə dəyərləndirilə bilər. Mövcud ehtimallar bu qədərdir”.

Rafi Müslümov

www.yenicag.az

115
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv