Tramp YENİ PLANI: Çin, sonra isə İran Rusiyadan qoparılacaq - RƏY

media-hightechnic-468x90

“Rusiyanın aqressivliyi qonşu dövlətləri narahat edir”.

Bu fikri Çin ABŞ sövdələşməsi, Rusiyanın çətin vəziyyətdə qalması və bundan sonrakı gözləntiləri Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.

media-df5cbf21f8d28f6f2c7e153ccda22338

Onun sözlərinə görə, Rusiyanın çöküşü qaçılmazdır:

“Rusiyanın çöküşü tərəflərin hamısına sərf edir. Bu təkcə Çin, ABŞ-yə yox, Avropa İttifaqına da xeyir edir. Çünki güclü Rusiya heç kimə lazım deyil. Rusiya zamanın nəbzini tuta bilmir. Hansısa dövlətin ərazisini işğal edir. Ona görə də, bu cür modellərlə işləmək heç kimə lazım deyil. Rusiya yanacağını almaq Çinə sərf edir, ancaq ABŞ şərt qoyub ki, Rusiyadan yanacaq alışını azaltsınlar.

Digər tərəfdən Rusiyanın aqressivliyi qonşu dövlətləri narahat edir. Misal üçün Ermənistan xarici işlər naziri bəyan etdi ki, Rusiyadan təxribat gözləyirlər. Rusiya düşünür ki, Trampın vaxtında nə qədər Ukrayna ərazisini tuta biləcəksə, tutmalıdır. Digər tərəfdən isə ABŞ üçün önəmli olan öz maraqlarıdır. Tramp istəyir ki, Rusiya ilə Çini ayırsın. Əvvəl Tramp Rusiya ilə yaxınlaşmaq xətti tutmuşdu. Ancaq gördü ki, bu alınmır, indi Çinlə yaxınlaşmaq xətti tutub. Bundan sonra İranı da Rusiyadan ayırmağa çalışacaqlar. Ona görə də, sürətlə Rusiyanın çöküşünü görəcəyik”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa