Ağ Evdən Moskvanı silkələyən xəbərdarlıq: “İstəsək, nüvə silahı işə düşər!”
“Tramp “Bizim də nüvə silahımız var, istəsək istifadə edərik” mesajı verir”
Bunu Yenicag.az-a açıqlamasında politoloq Qulamhüseyn Əlibəyli deyib.
O, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə nüvə sualtı qayıqlarının Rusiya sərhədlərinə göndərilməsinin nəticələri barədə fikirlərini bölüşüb.
Politoloq bildirib ki, gec-tez bu iki dövlət razılığa gəlməlidir:
“Hazırda Rusiya hökuməti razılıq vermək istəmir, çünki Trampın xoş niyyətindən istifadə edib öz mənfəətini güdməyə çalışır. Faktiki olaraq Ukrayna ilə danışıqlardan imtina etdi, hücumları dayandırmadı, daha da intensivləşdirdi.
Sülhsevər prezident imicini itirən Tramp məsələni təzyiq yolu ilə həll etməyə çalışır. Sanksiyalarla yanaşı, hərbi təzyiq də bunu göstərir. Eyni zamanda bu addımla Tramp “bizim də nüvə silahımız var, istəsək istifadə edərik” mesajı verir.
Təbii ki, nüvə silahının istifadəsi böyük fəlakətlərə səbəb olacaq. İnanıram ki, nə Rusiya Prezidenti Vladimir Putin, nə də Tramp nüvə silahından istifadə etməyəcək”, – deyə o əlavə edib.
Nəsimi Ələsgərli