Trampdan xristianlığı yayacaq yeni fərman: "İsanın adını sənin qədər çəkən başqa prezident olmayıb"
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Milli Dua Günü münasibətilə keçirilən mərasimdə yeni dini komissiyanın yaradılmasına dair fərman imzalayıb.
Yenicag.az xəbər verir ki, bu təşəbbüs komissiyanın üzvləri arasında yer alan Teksas ştatının qubernator müavini Den Patrikə məxsus olub.
Den Patrik çıxışında Trampa müraciətlə: “İsanın adını sənin qədər çəkən başqa prezident olmayıb”, – deyə müraciət edib.
Qeyd edək ki, ABŞ-də Beynəlxalq Dini Azadlıq Komissiyası (USCIRF) onsuz d avar, lakin bu quurm federal hökumətdən müstəqil qurumdur və əsasən, dini azadlıqların beynəlxalq səviyyədə müdafiəsi ilə məşğuldur.
Trampın imzaladığı fərman çərçivəsində yaradılan komissiya isə daha çox siyasi və simvolik xarakter daşıyır, konkret olaraq onun administrasiyasının dini dəyərlərə verdiyi önəmi nümayiş etdirmək üçün təsis olunub.