Reklam: High Technic
hightechnic

Trampın keçmiş köməkçisi ilə bağlı yeni məhkəmə qərarı

Londonda, barların birində söylədiyi sözlərlə ABŞ və Rusiya arasında mübahisəyə səbəb olan keçmiş məsləhətçi 14 gün həbs cəzasına məhkum edilib.

Yenicag.az xəbər verir ki, 31 yaşlı Corc Papadopulos Vaşinqtonda baş tutmuş məhkəmə prosesi zamanı yalan söylədiyini etiraf edib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Papadopulosu Moskvanın Amerikadakı seçki prosesinə təsir etmək məqsədiylə keçirilən görüşləri barədə yalan məlumat verməkdə günahlandırmışdı.

O, 2016-cı ildə həbs olunan ilk prezident köməkçisi idi.

Cümə günü baş tutan məhkəmənin qərarı ilə Papadopoulos 12 ay müddətinə şərti məhkum edilib. Eyni zamanda məhkəmə onun barəsində 200 saat ictimai xidmət və 9,500 ABŞ dolları (7,350 AZN) miqdarında pul cəzası müəyyənləşdirib.

Papadopulos “Bu sorğunun qlobal təsiri var və həqiqətlər əhəmiyyətlidir” –deyə məhkəmədə sözlərini bitirib.

Qeyd edək ki, ABŞ-ın Çikaqo şəhərində anadan olan Papadopoulos 2016-cı ildə Trampın seçki kampaniyasında könüllü xarici siyasət məsləhətçisi olaraq çalışıb. Bundan əvvəl isə o, Londonda neft məsələləri üzrə analitik kimi fəaliyyət göstərib.

Daha sonra o, Maltalı alim Cozef Mifsudla əlaqələr qurub. Professor Papadopulosa Rusiyanın Demokratlar partiyasının nümayəndəsi Hillari Klintonun seçkilərdə uduzması üçün “minlərlə saxta e-poçt” vasitəsiylə prezident Trampa kömək etdiyini söyləyib.

FTB 2017-ci ilin yanvar ayında məsələ ilə bağlı istintaqa başlayıb. Sorğu zamanı Papadopulos 2016-cı ilin martında iki şəxsin rus agentləri ilə görüşdüyünü iddia edib.

Papadopulosun vəkili Tomas Breen məhkəmə zamanı müvəkilinin “axmaq” olduğunu və FTB-yə yalan söylədiyini bildirib.

www.yenicag.az

588