Vaşinqtondan Təl-Əvivə “YAŞIL İŞIQ”: HƏMAS-ın sonu GƏLİR?

media-hightechnic-468x90

“Amerika Birləşmiş Ştatları ərəb dövlətləri ilə yeni müqavilələr imzalayaraq bölgədə fərqli bir siyasi-konfiqurasiya formalaşdırdı. Sanki ABŞ bu dövlətlərdən bir növ zəmanət aldı ki, onlar Fələstin məsələsində tələskən addımlar atmayacaq və Amerikanın maraqlarına zidd hərəkət etməyəcəklər”.media-470173193_589975663540487_726334968187510744_n

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.

Analitik İsrailin yenidən Qəzza zolağının şimal və cənub zolağında quru əməliyyatlarına başlamasını şərh edib.

Hüseynov xatırladıb ki, bununla yanaşı, ABŞ-nin əsas müttəfiqi olan İsrailin təhlükəsizlik maraqlarına qarşı çıxılmayacağına dair də bir razılaşma əldə olunduğu müşahidə olunur:

“Ərəb ölkələrinin bu prosesdə öz siyasi və iqtisadi imkanlarından istifadə edərək bölgədəki balansı Amerikanın və İsrailin maraqlarına uyğun şəkildə formalaşdıracağı ehtimal edilir. Fikrimcə, ABŞ bölgədə “müştərək idarəetmə” modelinə yönəlmək istəyir və bununla da siyasi sabitliyi təmin etmək niyyətindədir. Türkiyə isə hər nə qədər Fələstin məsələsində siyasi dəstək göstərsə də, görünən odur ki, HƏMAS-ın hərbi qanadının müqavimətini davam etdirməsində maraqlı deyil. İran isə bölgədə əvvəlki təsir gücünü böyük ölçüdə itirib və artıq İsrail görür ki, HƏMAS-ın hərbi qanadı əvvəlki kimi güclü regional dəstəyə malik deyil”.

Onun sözlərinə görə, bunu nəzərə alaraq İsrail son zamanlar hərbi əməliyyatları bərpa edib və bu proses vasitəsilə HƏMAS-ı, xüsusən də onun hərbi qanadını tamamilə sıradan çıxarmağı qarşısına məqsəd qoyub:

“HƏMAS-ın siyasi qanadından verilən bəyanatlar isə müştərək bir idarəetmə modelinə açıq olduqlarını göstərir. Lakin aydın görünür ki, təşkilatın daxilində bu yanaşmaya qarşı çıxan, xüsusilə hərbi qanad tərəfindən irəli sürülən müqavimət mövcuddur. İsrail yaranmış geosiyasi vəziyyətdən istifadə edərək bu hərbi müqaviməti tamamilə ortadan qaldırmaq istəyir və buna uyğun şəkildə addımlar atır”.

Rafi Müslümov

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600