Trampın "Maçado planı": “Demokratiya idxalı”na HAZIRLIQ BAŞLADI

media-hightechnic-468x90

“Böyük dövlətlər, onların yaxınlığında və ya təsir dairəsində yerləşən, daxili və xarici siyasətində nisbətən müstəqillik nümayiş etdirməyə çalışan ölkələrə qarşı istər-istəməz müəyyən qısqanclıq, narahatlıq hissi keçirirlər”.

media-8d443ab8114e7a20a5f93b3f85133243

Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Azər Hüseynov deyib.

O bildirib ki, Venesuela Prezidenti Nikolas Maduro daxildə avtoritarizm və demokratik dəyərlərin məhdudlaşdırılması ilə ittiham olunsa da, beynəlxalq müstəvidə ölkəsinin xarici asılılıqdan uzaq olmasını və resurslarını milli nəzarət altında qalmasını əsas prinsip kimi müdafiə edir:

“Bu, Latın Amerikasında sol yönümlü siyasi ənənənin, xüsusilə də antiimperialist və müstəqil yönümlü ritorikanın davamı kimi qiymətləndirilə bilər. Maduronun Fələstin məsələsinə münasibəti də bu ideoloji xəttin tərkib hissəsidir. O, Latın Amerikası solçularının uzun illərdir davam edən Fələstin həmrəyliyini qoruyaraq, Qərbin ikili standartlarına qarşı çıxış edir”.

Ekspertin sözlərinə görə, Venesuela müxalifət lideri Maçadonun təklif və çıxışları göstərir ki, beynəlxalq sistemdə “demokratiya” anlayışı bəzən geosiyasi məqsədlərə xidmət edən vasitəyə çevrilir:

“Yəni, hansı dövlət öz təbii sərvətlərinin transmilli kapital tərəfindən istismarına qarşı çıxırsa və milli iqtisadi müstəqilliyini qorumağa çalışırsa, bu dövlət “demokratiya idxalı” adı altında xarici müdaxiləyə məruz qala bilir. Əlbəttə, Donald Tramp üçün ABŞ xarici siyasətində prioritet imperativ daha çox iqtisadi maraqlardır. Bununla belə, Tramp Administrasiyası öz hərəkətlərini “terrorla və narkotrafiklə mübarizə” kimi arqumentlərlə əsaslandırır. Lakin, bu izah çox vaxt ziddiyyətli və instrumental xarakter daşıyır. Bütün hallarda, beynəlxalq münasibətlər sistemində əsas həqiqət ondan ibarətdir ki, əgər böyük gücü tənzimləyən və balanslaşdıran başqa bir mərkəz yoxdursa, o zaman istənilən proses, hətta çevriliş belə “qanuni” və ya “demokratiya bərpası” kimi təqdim olunur. Bu isə beynəlxalq siyasətdə ədalət və legitimlik anlayışlarının nisbi xarakter daşıdığını bir daha göstərir”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa