Trampın "məsuliyyətsiz açıqlamaları": Neft bazarlarında qeyri-sabitliyin ƏSAS SƏBƏBİ

media-hightechnic-468x90

ABŞ administrasiyasının rəhbəri Donald Trampın enerji daşıyıcılarının qiymətlərini müvəqqəti aşağı salmaq cəhdləri ilə bağlı olaraq ekspertlər neft bazarlarında gərginliyin artacağını gözləyirlər. 

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə “Politico” yazıb.

Nəşrin məlumatına görə, enerji sahəsi üzrə mütəxəssislər neft qiymətlərində yeni sıçrayışın baş verəcəyini, prezidentin sosial şəbəkələrdəki açıqlamaları səbəbindən bu artımın daha ciddi ola biləcəyini bildirirlər. Trampın İranla əməliyyatların tezliklə başa çatacağı və ABŞ-də neft hasilatı həcmləri ilə bağlı bəyanatları bir neçə dəfə qiymətlərin müvəqqəti enməsinə səbəb olub.

“Defense Priorities” analitik mərkəzinin eksperti Rozmari Kelenik qeyd edib ki, bazarın gözləntilərinin bu qədər effektiv şəkildə aşağı salınması qiymət artımı qaçılmaz olduğu halda, daha ağrılı nəticələr doğurur. Çünki istehsalçılar hasilatı artırmaq üçün lazım olan həftələri, hətta ayları itirirlər. Onun fikrincə, əgər müharibə tezliklə bitməsə, dünyada neft qıtlığı yaranacaq.

“Pickering Energy Partners” şirkətinin investisiya direktoru Den Pikerinq isə xəbərdarlıq edib ki, bu taktika yay mövsümündə benzinin qiymətində yeni sıçrayışa səbəb ola bilər və bu, istehlakçılar üçün “üzə zərbə” olacaq.

Amerika Avtomobilçilər Assosiasiyasının məlumatına görə, ABŞ-də benzinin qiyməti bir sutkada qalon üçün 4,18 dollara (təxminən litr üçün 1,1 dollar) yüksəlib. Bu, 2022-ci ilin avqustundan bəri ən yüksək göstəricidir. CNN xəbər verib ki, qiymət bir gündə 6 sent artıb ki, bu da son beş həftənin ən böyük gündəlik artımıdır.

CNN həmçinin xatırladıb ki, aprelin əvvəlində İranla münaqişədə atəşkəs elan olunduqdan sonra ABŞ-də benzin qiymətləri iki həftə ərzində enmişdi. Lakin danışıqların dalana dirənməsi fonunda qiymətlər yenidən yüksəlməyə başlayıb. “Lipow Oil Associates” konsaltinq şirkətinin proqnozuna görə, yaxın bir həftə–10 gün ərzində ölkə üzrə orta qiymət qalon üçün 4,30 dollara çata bilər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05