Trampın planı üzə çıxdı: Rejim dəyişikliyi

Trampın bu addımı yenidən beynəlxalq arenada səs-küyə səbəb olacaq.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın nüvə proqramı ilə əlaqədar davam edən prosesdə bu gün kritik həftə başlayır. Avropa Trampı fikrindən daşındıra bilmədi. Netanyahu isə rəsmi Tehranı dəstəkləyən Putin ilə görüşə hazırlaşır. İran prezidenti Ruhani də ABŞ-a təhdidlər sovuraraq razılaşmanın ləğv edilməməsini tələb edir.

Trampın yeni baş vəkili Rudi Giuliani Trampın əsl məqsədinin İrandakı rejimi dəyişdirmək olduğunu söyləyib. Bu məqsədlə də, o, müqavilələrin ləğvi ilə mərkəzi höküməti təzyiq altında saxlamağa çalışır.

Məlumata görə, ötən ilin dekabr ayında İranda başlayan kütləvi etirazlar zamanı ABŞ prezidenti bu ölkə ilə bağlı qərarını verib. O düşünür ki, İran üçün dəyişikliyin vaxtı çatıb.

Qeyd edək ki, 12 may tarixində ABŞ sözügedən müqavilə ilə bağlı qərarını açıqlayacaq.

COP29