Trampın sərvəti bir il ərzində iki dəfə artıb
“Forbes” jurnalının məlumatına görə, ABŞ-ın keçmiş prezidenti Donald Trampın sərvəti son bir ildə 2,3 milyard dollardan 5,1 milyard dollara yüksəlib.
Yenicag.az xəbər verir ki, bu, jurnalın dünyanın ən varlı insanlarının yeni siyahısında qeyd edilib.
“Milyarderlər arasında az adam üçün son il Donald Tramp qədər uğurlu olub. Üstəlik, bu, yalnız onun yenidən ABŞ prezidenti seçilməsi ilə bağlı deyil. Ağ Evə qayıtmadan əvvəl o, kriptovalyutaya uğurlu investisiya edərək sərvətini xeyli artırıb”, deyə “Forbes” yazıb.
Trampın əsas sərvəti daşınmaz əmlakdır. Bundan əlavə, onun şərabçılıq təsərrüfatı, qolf klubları və “Trump Force One” adlanan “Boeing 757”-200 təyyarəsi var./qaynarinfo