Trampın Yaxın Şərq macərası YEKUNLAŞDI – “Bölgədəki strateji tərəfdaşlarla münasibətlərini gücləndirib”

media-hightechnic-468x90

 

Bu səfərin əsl dəyəri rəqəmlərdə deyil, siyasi və strateji dividentlərdə gizlidir.

Yenicag.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın Birləşmiş Ərəb Əmirlikləri və digər Körfəz ölkələrinə etdiyi son səfərin ABŞ iqtisadiyyatı üçün əhəmiyyəti barədə təhlil aparan “Reuters” nəşr edib.

Təhlil məqaləsində bildirilib ki, Trampın BƏƏ və digər Körfəz ölkələrinə etdiyi son səfər zamanı ABŞ iqtisadiyyatı üçün “trilyon dollarlıq” sövdələşmələr əldə edildiyi iddia edilsə də, ekspertlər bu rəqəmlərin əsasən şişirdilmiş olduğunu bildirirlər.

Məlumata görə, Tramp administrasiyası bu turu nəticəsində 2 trilyon dollardan artıq vəsaitin sövdələşmələrlə təmin olunduğunu iddia etsə də, araşdırmalara görə konkret elan edilən müqavilələrin ümumi dəyəri 700 milyard dollardan artıq deyil. Bu müqavilələrin əksəriyyəti isə hüquqi qüvvəyə malik olmayan sadəcə anlaşma memorandumlarıdır, yəni reallaşacağına dair heç bir zəmanət yoxdur.

Maliyyə və diplomatik dairələr bu açıqlamaların siyasi təbliğat xarakteri daşıdığını və ABŞ ilə Körfəz ölkələri arasında strateji münasibətləri gücləndirmək məqsədi daşıdığını vurğulayırlar. Məsələn, “Saudi Aramco” tərəfindən 90 milyard dollarlıq 34 saziş imzalansa da, bunların əksəriyyəti qeyri-məcburi razılaşmalardır. “Qatar Airways”in 96 milyard dollarlıq “Boeing” təyyarə sifarişi və “Etihad Airways”in 14,5 milyard dollarlıq sövdələşməsi kimi konkret müqavilələr istisna olmaqla, Tramp tərəfindən elan edilən çoxsaylı “trilyonluq” razılaşmaların hüquqi və maliyyə əsasları zəifdir. Qətərin ABŞ iqtisadiyyatına 500 milyard dollarlıq sərmayə yatıracağı ilə bağlı verdiyi vəd də hələlik konkret nəticələrə çevrilməyib.

Bununla belə, Trampın Körfəz səfəri yalnız maliyyə rəqəmləri ilə məhdudlaşmayıb. ABŞ bu səfər vasitəsilə bölgədəki strateji tərəfdaşlarla münasibətlərini gücləndirib. Səudiyyə Ərəbistanı mülki nüvə proqramının inkişafı istiqamətində irəliləyiş əldə edib, BƏƏ süni intellekt texnologiyalarına çıxış imkanlarını genişləndirən razılaşma imzalayıb və Qətər ABŞ-dən təhlükəsizlik zəmanəti alıb. Ekspertlərin fikrincə, bu səfərin əsl dəyəri rəqəmlərdə deyil, siyasi və strateji dividendlərdə gizlidir. Tramp administrasiyası bu əlaqələri daha da möhkəmləndirməklə regionda ABŞ-nin təsir dairəsini gücləndirməyə çalışır.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600