"Trampla Putin heç vaxt müharibəyə getməzlər" - ŞƏRH

media-hightechnic-468x90

“Trampla Putin heç vaxt müharibəyə getməzlər”.

Bu fikri ABŞ və Rusiyanın biri-birini təhdid etməsi, nüvə müharibəsi ehtimalını Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

Onun sözlərinə görə, hazırda baş verənlər dərin böhranın nəticələridir:

“Dünya mənzərəsinə tarixi baxımdan yanaşanda kapitalizm sistemi çökür. Qərb, eləcə də Rusiya dərin böhran içindədir. Böhran dövründə mənəviyyat da aşınır. Böhran dövründə hər kəs nəyəsə nail olmağa çalışır. İctimai rəy nəzərə alınmır. Belə bir şəraitdə dünya siyasətində mənəviyyatsız adamlar başa keçirlər. Tramp, Putin kimlərdir? Bu adamlar bir-birini hədələyirlər. Bu adamlar özləri üçün yaşayırlar. Onlar xalqları, dövlətləri üçün yaşamırlar. Onlar heç vaxt müharibəyə getməzlər. Çünki, ənənəvi müharibəyə başlasalar bir tərəf nüvə silahına əl atacaq. Nüvə silahının istifadəsi bəşəriyyətin sonu deməkdir. 5-6 min nüvə başlığı partladılsa, “Nüvə qışı” yaranacaq. Yer üzündən atmosferə milyonlarla ton toz-torpaq qalxacaq və 2 il günəş şüası yerə çatmayacaq. Bu zaman bütün bitkilər, insanlar məhv olacaq. Bu məlumat dövlət rəhbərlərində var. Onlar ölmək istəyirlərsə, başlasınlar müharibəni. Trampla Putin bir-birini nə qədər istəyir hədələsin”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa