Trendyol və PAŞA Holding genişmiqyaslı ağacəkmə kampaniyasına başlayıb 

media-hightechnic-468x90

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri Trendyol “PAŞA Holding”lə birlikdə genişmiqyaslı ağacəkmə kampaniyasına başlayıb.

Bu təşəbbüs şirkətlərin iqlim dəyişikliyinin təsirlərinin azaldılması və ətraf mühitin qorunması istiqamətindəki fəaliyyətinin davamıdır. Kampaniya çərçivəsində il ərzində ölkənin müxtəlif yerlərində meşə və yaşıllıqların artırılmasına töhfə veriləcək.

EcoHub Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin icraçı tərəfdaşlığı ilə ümumilikdə, 10 hektardan çox ərazidə 12.500 ədəd ağacın əkilməsi planlaşdırılır.
Kampaniyanın ilkin mərhələsində Göygöl rayonu və Bakının Müşfiqabad qəsəbəsində 5500 ədəd Eldar şamı və zeytun ağacı əkilib.

Növbəti ağacəkmə mövsümündə isə Lənkəran-Astara, Şəki-Zaqatala və Quba-Xaçmaz bölgələrində yeni yaşıllıq sahələrinin salınması nəzərdə tutulur. Ətraf mühitə, təbiətə və cəmiyyətə töhfə verməyi əsas prioritetlərindən hesab edən Türkiyənin dayanıqlılıq üzrə yol xəritəsi və fəaliyyət planına malik ilk e-ticarət şirkəti Trendyol, fəaliyyət göstərdiyi ölkələrdə “Birlikdə Transformasiya” şüarı altında təşəbbüsləri dəstəkləyir.  Şirkət daha yaşıl, ədalətli və rəqəmsal gələcək qurmaq üçün fəaliyyətini davam etdirir və müxtəlif sahələrdə müsbət dəyişikliklərə imza atır.

PAŞA Holding Qarabağ bölgəsində də abadlaşdırma, yaşıllaşdırma və meşə səthinin bərpası məqsədilə genişmiqyaslı ağacəkmə aksiyaları həyata keçirir. Bugünədək Holding və onun törəmə şirkətləri tərəfindən Zəngilanda 11.000-dən çox ağac əkilib.
Ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə, hər iki şirkətin korporativ sosial məsuliyyət strategiyasının bir hissəsini təşkil edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600