Trüdo nasist skandalına görə üzr istədi

Kanadanın Baş naziri Castin Trüdo nasist skandalına görə üzr istəyib.

Yenicag.az. bu barədə xarici mediaya istinadən xəbər verir.

Bildirilir ki, Trüdo keçmiş nasist hərbçisinin parlamentə dəvət edilən qonaqlar arasında olmasını “qorxunc xəta” kimi dəyərləndirib və üzr istəyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Valdimir Zelenski də sözügedən hərbçini alqışlamışdı. Ölkənin parlament sədri də məsələ ilə bağlı istefasını açıqlamışdı.