Gözdəki refraktiv qüsurların müalicəsi: Cərrahiyyə və lazer texnologiyaları ilə həll yolları
İnsan orqanizminin ən vacib üvzlərindən biri də gözdür.Gözlərimizi qorumaq və baş verən dəyişikliklərə derhal diqqət yetirmək olduqca vacibdir.Son zamanlar gözün refraktiv qüsurları barəsində çox eşidirik.
Bəs bu nədir? Nə zaman meydana gəlir? Müalicəsi varmı?
Suallarımızı tanınmış cərrah-oftalmoloq Universal hospitalın baş həkimi Aytən Sultanova cavablandırır:
“Mən bu problemı genetik adlandırardım Çünki refraktiv qüsurlar çox vaxt irsi keçir.
Gözə düşən şüalar torlu qişaya fokuslana bilmədikdə müxtəlif refraktiv qüsurlar yaranır. Bunlar miopiya , hipermetropiya, astiqmatizm və presbiopiya olaraq təsnif edilə bilər. Gözün ön-arxa uzunluğunun dəyişməsi və buynuz qişanın və ya büllurun qırıcılığındakı dəyişimlərə bağlı olaraq refraksiya qüsurları baş verə bilər.
Gözdə refraktiv qüsurun olmaması “emetropiya” adlanır və bu zaman işıq şüaları tor qişaya fokuslanır. Belə bir vəziyyətdə insan eynək və ya kontakt linza kimi köməkçi vasitələrə ehtiyac duymadan görə bilir. Qırma qüsurunun olduğu vəziyyətə “ametropiya” deyilir. Bu vəziyyətdə olan şəxs eynək və ya kontakt linzalarla görmə qabiliyyətini normallaşdıra bilər.
Uzun müddət yaxın məsafədə işləmək, kompüterdən istifadə etmək və ya kitab oxumaq da miopiya riskini artıra bilər.
Gözün refraktiv qüsurları refraktiv cərrahiyyə ilə aradan qaldırılır. Bu, gözün buynuz qişasının formasını dəyişdirərək, müalicə etməyi hədəfləyir. Lasik (Laser-assisted in situ keratomileusis), PRK (Photorefractive keratektomy), Femtolasik, No-touch, Smile lazer kimi müxtəlif növlər mövcuddur. Bu əməliyyatlar qüsurun növü və dərəcəsinə və pasiyentin göz quruluşuna görə oftalmoloq və cərrah tərəfindən qiymətləndirilərək tətbiq olunacaq ən uyğun prosedur kimi həyata keçirilir.
Onu da qeyd edim ki, müalicə üsulu pasiyentin göz qüsurunun növü,pasiyentin yaşı, həyat tərzi və şəxsi seçimlərindən asılı olaraq müəyyən edilir.