Aktrisadan QINAQ ATƏŞİ: “Hər yerindən duran deyir, müğənniyəm”

media-hightechnic-468x90

“Hər yerindən duran, əli mikrofon tutan hər kəs deyir ki, mən müğənniyəm”.

Bu sözləri Yenicag.az-a açıqlamasında aktrisa Vəfa Zülfüqar deyib.

O, efirlərdə meydan sulayan müğənnilərdən və zövqləri korlayan bayağı mahnılardan danışıb:

“Hər yerindən duran, əli mikrofon tutan hər kəs deyir ki, mən müğənniyəm. Əllərinə keçən hər mahnını alıb, oxuyur, sonra da pulunu verib efirlərə çıxır. Bəziləri də elə özü yazır, özü bəstələyir, özü də oxuyur. Burada da bir məqsəd var, məşhurlaşmaq, hər kəs tərəfindən tannımaq, sonra da toy bazarında özünə yer eləmək. Nəhayət, pul qazanmaq, qaz vurub, qazan doldurmaq. Belə olan halda, hansı sənətdən danışmaq olar? Onarı heç sənət maraqlandırmır. Bayağı ifaları ilə efirləri zəbt ediblər. Buna görə də heç televizora da baxmıram. Efirdə biabırçılıq baş alıb gedir. Təkcə müğənnilərdən söhbət getmir. Verilişlərdəki biabırçılığı nəzərə alsaq, hətta müğənnilər bu sırada ən sonda yer alar. Danışmağın da mənası yoxdur, çünki özümüz deyib, özümüz eşidirik”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600