Bu yazılarımla sənə toxunuram – Tural Balabəyli, şeirlər

media-hightechnic-468x90

received_10204510012383071.jpegTural  Balabəylinin yeni çıxacaq “Bu şəhərdə qadınlar… ” kitabından şeirlər…

Bu şəhərə sükut çökər…

Anar Yusifoğluna

 

Bu şəhərə sükut çökər

şəhər yatar,

mən yatmaram…

Yalnızlıqdan

ürəyimə qəm səpilər-

tək qalaram

bu şəhəri yuxusundan oyatmaram.

Bilirəm ki,

nə bu gecə,

nə bu şəhər

yalnızlığa çarə tapmaz…

Gözlər donuq,

hər yan sükut –

ürək yatmaz…

Bu şəhərdə heç bir kəsin

halına da ağlamazlar..

Yalnızlıq bürüyər ətrafı,

bir kimsəni

tənhalıqdan almaq üçün

əl atmazlar –

ağlama, tənhalıq..!

Bu şəhərdə göz yaşı silinmir;

dərd üstünə dərd gəlir,

dərdli dərdini bilmir…

Çox üzdü bu şəhər

səni də,

məni də,

onu da…

Çətin bu şəhər

bu üzüntünü unuda…

 

 

 

O

nə vaxt gəldi bilmədim,

qışın uzun, qarlı gecələrində,

yayın üz qarsıyan gündüzlərində,

payızın sarılıq tutan ağrılı anlarında,

yazın günümü göy əskiyə bükdüyü vaxtlarında.

Yanımdaydı.

Sevgisi ürəyimdə

ağrıları canımdaydı.

Elə, əllərim uzanı qalıb- tutmurki …

Ayaqlarım arxasıyca gedir- çatmırki…

Uzaqlaşır  yanımdan

amma uzaq düşməyir

soyuqluğu dondurur

amma sazaq düşməyir.

Yandırır qarsayır…

ürəyimdə yer tapıb özünə

bilmir,

gərək bunu deyəm

özünə…

Hardadır , eşidirmi görəsən

səsimi…

O  qədər istidir ki, dondurub içimi…

****

Sahibsiz məktub

 

Bilirəm oxumayacaqsan,

amma yenə də yazıram.

Oxumayacaqsan,

çünkü göndərməyəcəm.

Bəlkə otağımın bir küncündə,

bəlkə də geyinmədiyim bir köynəyin cibində

tapacaqlar illər sonra.

Kimisi sevgi məktubu deyəcək,-

ümid dolu bir məktub…

Bu gün bitirdiyimi sandığım

bir çox xatirələrdən

bitməmiş cümlələr qalacaq illər sonra…

Səni hökmən suçlayacaqlar.

Səni sevdiyimi ağıllarına

belə gətirməyəcəklər.

Amma, sənin məni sevib,

sevməməyini də

çözəcəklər,

yozacaqlar-

fikirlərin çoxluğunda

azacaqlar…

bir-birləri ilə

mübahisələr və nələr?!

Sən oxumayacaqsan,

Amma oxuyacaqmışsan kimi

yenə də yazıram.

Sevdiyim üçün,

mənim sənə bu məktubu yazdığımı

hiss edəcəyini bilirəm.

Mən yazarkən içinin ürpəndiyini,

gülən üzünün hüznləndiyini,

danışan dilinin susğunluğunu,

gözlərinin dolduğunu,

qəlbinin həyəcanla

döyündüyünü hiss edirəm.

Bəlkə, elə bu səbəbdən yazıram.

Sanki bu yazılarımla sənə toxunuram

Məni öpməyəcək dodaqlarında oxunuram.

Bu məktubu göndərməyəcəm.

Çünki sahibini – səni tanımıram,

bilmirəm.

Səni sevirəm,

amma kimsən,

bilmirəm.

Nə üzünün cizgisini,

nə səsinin avazını,

nə də yaşadığın evin yerini.

Məktubu alınca nə hiss edərsən?!

Səni qorxudan

bir qapı zənginin

səbəbi olmaq istəmirəm.

Bu məktubu göndərməyəcəm

səni mən yaratdım.

sən yoxsan…

 

****

 

Mən bir şeyə

sevinirəm ki,

sənin son istəyini

sənə

hədiyyə edə bildim:-

mənsizlik istməmişdin?

Al hədiyyən olsun!

 

****

 

Mən bir şeyə

sevinirəm ki,

sənin son istəyini

sənə

hədiyyə edə bildim:-

mənsizlik istməmişdin?

al hədiyyən olsun!

 

****

 

Mən bir şeyə

sevinirəm ki,

sənin son istəyini

sənə

hədiyyə edə bildim:-

mənsizlik istməmişdin?

al hədiyyən olsun!

****

Səni ilk

gördüyüm anda

həyatımda

kim varsa

silinib getdi.

Sənin qarşına

ən saf ,

ən təmiz,

mənliyimlə çıxmışdım.

Sənə aid olan

hər şeyi yaşamaq istəyirdim;

eşqsə eşq,

sevincsə sevinc,

kədərsə kədər…

Səndən gələn

və gələcək

olan

heç bir şey

məni qorxutmurdu…

Mənə o qədər acı verdin,

amma ürəyim

düşmənin olmadı.

İstəsəmdə istəməsəmdə

sənin üçün darıxırdım…

Mən sənlə sadəcə

sənə verdiyim

sevgi ilə

yaşamaq istəmişdim.

Amma

sən neylədin,

ürəyimdə qalıb

məni sıradan

biri kimi

əlinin tərsiylə itələdin…

Sənə sevgimi

verim deyə

apardığım

bu qədər

mücadələyə

görə

məni bağışla…

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600