Tural Gəncəliyev: "Xocalı soyqırımı xalqımızı zəiflətmədi, əksinə, bizi daha güclü etdi"

media-hightechnic-468x90

“Xocalı bizə öyrətdi ki, xalqı məhv etmək mümkün deyil”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

Deputat Xocalı faciəsinin ildönümünə toxunaraq, o dövrdən indiki dövrə qədər gələn Azərbaycanı müqayisə edib:

“Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında sağalmayan yara kimi qalır. Bu, təkcə bir şəhərin faciəsi deyil – dinc insanların məhv edilməsi ilə xalqın iradəsini qırmaq cəhdi idi. Qadınları, uşaqları, qocaları hədəf alan bu vəhşilik bir xalqın ruhunu sındırmaq üçün törədilmişdi. Lakin tarix sübut edir ki, soyqırımlar heç vaxt xalqları məğlub etmir. Əksinə, soyqırımlar onu törədənlərin mənəvi və siyasi məğlubiyyətinə aparan yoldur. Xocalıda törədilən cinayət Azərbaycan xalqını diz çökdürmədi. Əksinə, xalqımızın birliyini möhkəmləndirdi, yaddaşımızı gücləndirdi və ədalət uğrunda mübarizə əzmimizi daha da artırdı.”

Deputat Xocalı faciəsini tarixin digər ölkələrində baş vermiş soyqırımları ilə müqayisə edərək sözlərinə davam edib:

“Xocalı sübut etdi ki, Azərbaycan xalqının iradəsini qırmaq mümkün deyil. Tarixdə bunun çoxsaylı nümunələri var. Qədim dövrdə Roma imperiyası tərəfindən dağıdılmış Karfagen xalqını məhv etmək üçün aparılan müharibələr, nəticədə Romanın özünün tənəzzülünə aparan uzun proseslərin başlanğıcı oldu. Orta əsrlərdə monqol yürüşləri şəhərləri yerlə-yeksan etdi, milyonlarla insanı məhv etdi. Lakin zaman keçdikcə bu imperiya parçalandı və yox oldu, xalqlar isə yaşamağa davam etdi. XX əsrdə isə Ruanda soyqırımı yüz minlərlə insanın həyatına son qoydu. Amma bu faciə nəticəsində soyqırımı ideologiyası məğlub oldu və cinayətkarlar beynəlxalq məhkəmələr qarşısında cavab verməyə məcbur edildi. Eyni şəkildə Bosniyada Srebrenitsa qətliamı bir xalqı qorxutmaq üçün törədilmişdi. Lakin nəticədə bu cinayət onu törədənlərin beynəlxalq məhkəmələrdə mühakimə olunmasına və siyasi iflasına səbəb oldu. Xocalı da bu tarixi qanunauyğunluğun bir hissəsidir.”

T. Gəncəliyev Xocalı faciəsini törədənlərin əsas məqsədinin Azərbaycan xalqının iradəsini sındırmaq olduğunu, lakin buna nail ola bilmədiklərini bildirib:

“Xocalı soyqırımı Azərbaycan xalqını zəiflətmədi. Əksinə, bizi daha güclü etdi. Xocalı şəhidlərinin qanı bizim yaddaşımızı oyatdı, milli birliyimizi möhkəmləndirdi və torpaqlarımızın azadlığı uğrunda mübarizəmizə güc verdi. Bu gün azad edilmiş torpaqlarda yenidən həyat qurulursa, bu, Xocalı qurbanlarının xatirəsinin yaşadığının sübutudur. Xocalı şəhidləri Azərbaycan xalqının ruhunun sarsılmaz olduğunu bütün dünyaya göstərdi. Tarix göstərir ki, soyqırımı törədənlər özlərini güclü hesab etsələr də, əslində öz məğlubiyyətlərinin əsasını qoyurlar. Çünki zorakılıq üzərində qurulan siyasət gec-tez iflasa uğrayır. Xocalı faciəsi bizim üçün təkcə kədər deyil. Xocalı həm də iradəmizin, dözümlülüyümüzün və qələbəyə inamımızın simvoludur. Prezidentimizin rəhbərliyi ilə qazandığımız qələbə sayəsində Xocalı soyqırımının əziz xatirəsini artıq nisgillə deyil, məhz başucalığı, qürur və qalib xalqın ləyaqəti ilə yad edirik. Xocalı bizə öyrətdi ki, xalqı məhv etmək mümkün deyil. Ədalət gec gələ bilər, amma mütləq gəlir.”

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05