!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Turan Tovuz” səfərdə “Sabah”a məğlub oldu

!Reklam – Yazi

Misli Premyer Liqasının XXII turunda “Turan Tovuz” səfərdə “Sabah”a məğlub olub.

Yenicag.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən görüş Bakı klubunun 2:1 hesablı qələbəsi ilə bitib.

Meydan sahiblərindən Pavol Safranko (50-p.) və Cesse Sekidika (59) fərqlənib. “Turan Tovuz”un yeganə qolunu isə Aleks Souza (15) rəqib qapısından keçirib.

Hazırda turnir cədvəlində beşinci pillədə yer alan “Sabah” bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldib. 36 xala malik “Turan Tovuz” isə dördüncüdür.

Qeyd edək ki, XXII turun bu gün keçirilən “Şamaxı” – “Sumqayıt” matçında meydan sahibləri qələbə qazanıb – 1:0./Report/

www.yenicag.az

117
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv