!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Turan Tovuz"un "Şamaxı" ilə matçı var, amma stadion qar içindədir - VİDEO

!Reklam – Yazi

“Turan Tovuz” bu gün saat 14:30-da Şamaxı şəhər stadionunda “Şamaxı” ilə baş tutması planlaşdırılan oyunla bağlı müraciət ünvanlayıb.

Yenicag.az xəbər verir ki, bu haqda klubun sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, hava şəraiti səbəb kimi göstərilərək oyunun canlı yayımının baş tutmayacağı və “VAR” ın olmayacağı dəqiqləşib:

“Bu səbəbdən klub olaraq rəsmi şəkildə oyunun təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət etmişik. Bir daha bəyan edirik ki, VAR sisteminin və canlı yayımın olmayacağı oyunun şəffaf keçiriləcəyinə dair şübhələrimiz var. Qeyd etmək istəyirik ki, bir neçə gün öncədən hava şəraitinin kəskin dəyişəcəyi haqda rəsmi proqnoz verilməsinə və bu haqda PFL-ə rəsmi məlumat verməyimizə baxmayaraq bu hadisələr baş vermişdir”.

Sosial şəbəkələrdə stadionun hazırki durumu ilə bağlı görüntülər yayılıb.

Həmin görüntüləri təqdim edirik:

www.yenicag.az

98
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv