TuranBank ilə ECO Ticarət və İnkişaf Bankı arasında kredit sazişi imzalanıb

media-hightechnic-468x90

Azərbaycanda Mikro, kiçik və orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsi sahəsində lider banklardan biri olan TuranBank, beynəlxalqmaliyyə institutları ilə əməkdaşlığını davam etdirərək nüfuzlu ECO Ticarət və İnkişaf Bankı ilə MKOS maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 illik müddətə 5 milyon Avro həcmində kredit sazişi imzalayıb.

Cəlb edilən vəsait ölkədə kiçik və orta biznesin maliyyələşdirilməsinə
yönəldilməklə sahibkarların maliyyə resurslarına çıxış imkanlarını daha da
genişləndirəcək.

Məlumat üçün qeyd edək ki, bu, TuranBank ilə ECO Ticarət və İnkişaf
Bankı arasında imzalanan sayca beşinci sazişdir. Belə ki, Bank əvvəlki illərdə də
sözügedən maliyyə qurumundan kiçik və orta sahibkarlığın və ticarətin
maliyyələşdirilməsi  üçün maliyyə vəsaiti cəlb edib.

Azərbaycanın da üzv olduğu ECO Ticarət və İnkişaf Bankı region
ölkələrində müxtəlif sahələrin maliyyə ehtiyaclarını qarşılamaqla istər dövlət,
istərsə də özəl sektorlarda davamlı iqtisadi inkişafı və regional inteqrasiyanı
dəstəkləyir.

Məlumat üçün qeyd edək ki, TuranBank mikro, kiçik və orta sahibkarlıq
subyektlərinin maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi
istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bank Asiya İnkişaf
Bankı (ADB), EMF Mikromaliyyə Fondu, Qara Dəniz Ticarət və İnkişaf Bankı
(BSTDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İncofin
İnvestisiya Fondu, Blue Orchard Fondu və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə
əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.
1992-ci ildən etibarən fəaliyyət göstərən Bank 22 satış nöqtəsi ilə fərdi və
korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə
bağlı ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki
( Feysbuk ,  İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

TuranBank
Bizimlə etibarlıdır…

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa