TuranBank zəmanət tranzaksiyasını Asiya İnkişaf Bankı ilə reallaşdırmağa başlayıb

media-hightechnic-468x90

 

Beynəlxalq maliyyə bazarlarında yüksək nüfuza malik, Azərbaycanın
maliyyə sektoru üzrə lider banklardan biri olan TuranBank beynəlxalq maliyyə
qurumları ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

Belə ki, Bank bu uğurlu əməkdaşlıqların davamı olaraq Asiya İnkişaf
Bankının Ticarət və Təchizat Zəncirinin Maliyyə Proqramından (TSCFP)
yararlanmağa başlayıb. Sözügedən zəmanət mexanizmi idxal-ixrac
əməliyyatlarının, eyni zamanda Azərbaycanda biznes mühitinin, xüsusilə də qeyri-
neft sektorunun maliyyə resusrlarına çıxış imkanlarının genişləndirilməsini
hədəfləyir. Qeyd edək ki, ayrılan maliyyə resursu mövcud bazar boşluqlarının
aradan qaldırılması, eləcə də, ölkə iqtisadiyyatının gücləndirilməsi və
şaxələndirilməsi istiqamətində daha genişmiqyaslı təşəbbüslərin dəstəklənməsinə
xidmət edir.

Bu əməkdaşlıq Asiya İnkişaf Bankının strateji hədəflərinə uyğun olaraq
regional inteqrasiyanın təşviqinə, özəl sektorun inkişafına və davamlı iqtisadi
artıma töhfə verir. Məlumat üçün bildiririk ki, 2024-cü il ərzində Asiya İnkişaf
Bankının Ticarət və Təchizat Zəncirinin Maliyyə Proqramı 45 ölkədə 200-dən artıq
tərəfdaş bankla əməkdaşlıq edərək, ümumi dəyəri 5,8 milyard ABŞ dolları olan
27,600-dən çox əməliyyatı dəstəkləyib.
Yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə
TuranBank daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də
kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuşdur. Bank
Azərbaycanın maliyyə sektorunda stabilliyi və etibarlılığı ilə seçilən əsas
iştirakçılardan biridir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı
məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi  veb
səhifəsini  və ya sosial şəbəkələrdəki ( Feysbuk ,  İnstaqram , və s.) səhifələrini
izləyərək əldə edə bilərsiniz.

TuranBank
Bizimlə etibarlıdır…

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600