Turistik xəritələr hazırlanır-Video
Mədəniyyət və Turizm Nazirliyi I Avropa Oyunları ilə bağlı turistik xəritələr hazırlayıb.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bir neçə dildə hazırlanmış xəritələr turist və idmançıların olacağı hər bir məkana təqdim ediləcək.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov bildirib ki, Azərbaycana gələn bütün qonaqlara ölkənin turizm imkanlarına dair reklam çap məhsulları paylanılacaq. Bu məqsədlə 30-a yaxın növdə reklam məhsulları hazırlanıb.
O həmçinin qeyd edib ki, hazırlanan bukletlərin, braşürların paytaxtın mərkəzi küçələrində, Bakı Turizm İnformasiya Mərkəzində, qonaqların qalacaqları bütün mehmanxanalarda, Atletlər kəndində, Heydər Əliyev beynəlxalq hava limanında və Avropa Oyunlarının açılış stadionlarda yerləşdirilməsi nəzərdə tutulur.
Bundan başqa “Bakı-bələdçi” kataloqunun Avropa Oyunları üçün xüsusi buraxılışının hazırlanması da nəzərdə tutulur. Bu kataloqların da eyni qayda paylanılması planlaşdırılır.