Turistlər dünyanın ən gözəl paytaxtını seçdi

media-hightechnic-468x90

Bu balaca şəhər açıq səma altında muzeyi xatırladır: burada saraylar, qədim qala divarları, kilsələr və dar küçələr yerləşir.

Yenicag.az xəbər verir ki, Almaniyanın “Bild” nəşrinin məlumatına görə, Maltanın paytaxtı Valetta reytinqdə Lissabon, Paris və Afina kimi məşhur turizm mərkəzlərini geridə qoyub. Sorğuda 182 mindən çox jurnal oxucusu iştirak edib, onlar şəhərləri mədəniyyət, mətbəx və qonaqpərvərlik meyarları üzrə qiymətləndiriblər.

Valetta mümkün 100 baldan 97,33 bal toplayaraq həm Avropanın, həm də dünyanın ən cəlbedici turizm istiqaməti adını qazanıb.

Malta Respublikasının turizm naziri Yan Borq bu nailiyyəti belə şərh edib:
“Bu etiraf səyahətçilərin bizim mədəni irsimizə və maltalıların qonaqpərvərliyinə olan dərin minnətdarlığını əks etdirir”.

Nəşr əlavə edir ki, sahəsi bir kvadrat kilometrdən də az olan Valetta XVI əsrdə Maltalı Cəngavərlər Ordeni tərəfindən salınıb və artıq 45 ildir ki, UNESCO-nun Ümumdünya irsi siyahısına daxildir./qaynarinfo

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa