Turizm mədəniyyətinin inkişafı: “Əlçatanlıq hələ tam təmin olunmayıb”

media-hightechnic-468x90

“Əlçatanlıq hələ də tam təmin olunmayıb”.

Yenicag.az xəbər verir ki, bunu “Turizm növləri” adlı kitabın təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, turizm iqtisadiyyatın əsasını təşkil edən vacib sahələrdən biridir.

“Hər birimizin müxtəlif xatirələri var. Yadda qalan bu xatirələrin əksəriyyəti isə səyahətlərimizlə bağlıdır. Gəzib-görməklə yanaşı, həm də xoş vaxt keçirmiş oluruq. Nəzərə almaq lazımdır ki, səyahətlərin əsasını logistika və kommunikasiyalar təşkil edir. Bu baxımdan, istər Azərbaycanda Dəmir Yolları, istərsə də AZAL-in xidmətlərində inkişaf görürük. Lakin əlçatanlıq hələ də tam təmin olunmayıb. Sadalanan amillər nəzərə alındıqda turizm mədəniyyətinin daha da inkişafı zəruridir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600