!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk alimlərindən İLK – Kosmosda bitki yetişdirəcəklər

!Reklam – Yazi

Türkiyənin ilk insanlı kosmos uçuşu zamanı həyata keçiriləcək layihədə kosmos mühitinə genetik müdaxilə ediləcək və bu müdaxilənin effektivliyi müşahidə ediləcək.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, kosmosda türk alimləri tərəfindən bitki yetişdirliməsi Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunacaq.

Elmi-tədqiqat qurumları tərəfindən kosmosda 13 fərqli təcrübə həyata keçirilməsi planlaşdırılır. Türkiyə Kosmik Agentliyi (TUA) və TÜBİTAK Kosmos Texnologiyaları Araşdırma İnstitutunun müəyyən etdiyi təcrübələrdən biri də “Mikroçəki altındakı Bitkilərdə CRISPR Gen Redaktor Efficiency Araşdırması” adlı araşdırma olacaq.

Layihə ilə molekulyar biologiyanın müasir gen redaktə üsullarından biri olan CRISPR texnikasının mikroqravitasiya mühitində bitkilər üzərində effektivliyini araşdırmaq, kosmosda gen transferi və genetik manipulyasiyanın həyata keçirilə biləcəyini yoxlamaq məqsədi daşıyır.

Layihənin 2023-cü ilin son rübündə reallaşdırılacağı gözlənilir.

Sadiq Cavadov

www.yenicag.az

355
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv