“Türk Dünyası Levkoşa Şeir Axşamları” Şimali Kiprdə keçirildi - FOTO

media-hightechnic-468x90

1-4 avqust 2025-ci il tarixlərində Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Levkoşada “Türk Dünyası Levkoşa Şeir Axşamları” adlı beynəlxalq ədəbiyyat festivalı keçirilib.

“Yavru Vətən”də baş tutan bu mötəbər tədbirdə müxtəlif türk topluluqlarından nümayəndələr və tanınmış yazarlar bir araya gəliblər.

Azərbaycanı bu ədəbi platformada Vətəndaş Həmrəyliyi Partiyasının Qadınlar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Aysel Xanlarqızı, eləcə də Milan Hospitalın təsisçi direktoru, Azərbaycan, Türkiyə və Özbəkistan Yazıçılar Birliyinin üzvü, şair Xuraman Muradova təmsil ediblər.

Tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin cümhurbaşqanı Ersin Tatar da iştirak edərək tədbir iştirakçılarını salamlayıb, səsləndirilən şeirləri dinləyib və seçilən şairlərə mükafatlar təqdim edib. Festival çərçivəsində VHP Qadınlar Şurasının sədri Aysel Xanlarqızı da cümhurbaşqanı Ersin Tatarla görüşüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa