Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Türk əsgəri məzlumların tərəfində olduğunu göstərdi" - Hərbi ekspert

Türkiyə Ordusunun Suriyanın Afrin şəhərində keçirdiyi “Zeytun budağı” əməliyyatı davam edir.

PYD/YPG üçün xüsusi əhəmiyyət kəsb edən, xüsusilə, Kilisi atəş altında saxlamaq üçün istifadə olunan Darmık dağı Türkiyə ordusu tərəfindən terrorçulardan təmizlənib.

Türk ordusunun apardığı əməliyyatlar barədə hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlama verib:

“Türkiyə ordusunun Suriyaya girəcəyi uzun zaman öncə də gündəmdə idi. Türkiyə oturuşmuş dövlətdir. Ətraflı hazırlıq görüldü və ortaya konkret iş qoyuldu. Türkiyə İranla, Rusiya ilə razılığa gəldi. Rəsmi Vaşinqtonu da pat vəziyyətinə saldılar. Türkiyənin Suriyaya girməsində əsas Rusiya faktoru böyük rol oynadı. Rusiya razılıq verdiyi üçün Bəşər Əsədin də “yox” deməsi imkansız idi. Türkiyənin yeganə düşməni kürd terrorçulardır. Bu gün İraq Kürdüstanı belə seyirci mövqedə qalmağa məcbur olub. Türkiyədən narazı olmasına baxmayaraq, İraq hakimiyyəti Afrin əməliyyatıyla bağlı səsini çıxara bilmədi. Türkiyə ordusu öz işini görür, yerdə qalan digər diplomatik, siyasi məsələləri də Türkiyə hökuməti yerinə yetirir. Burada bir məqam var, əgər Türkiyə hökuməti qarşısına qoyduğu məqsədlərə tezliklə nail olmasa, bütün uzadılan müharibələrdə olduğu kimi Türkiyəyə qarşı da müqavimət təşkil olunacaq. Sovetlərin Əfqanıstana, ABŞ-ın İraqa girməsində də belə olub. Türkiyəni istəməyən qüvvələr çoxdur. Türkiyənin bu manevrləri tezliklə müvəffəqiyyətlə başa çatmasa, rəsmi Ankaraya qarşı ciddi müxalifət formalaşa bilər”.

Türkiyə silahlı qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyata gəldikdə isə hərbi ekspert qeyd edib ki, qalibi heç kim mühakimə etmir:

“ABŞ-ın, Rusiyanın, İranın və Bəşər Əsədin qüvvələri orada olarkən məzlum əhaliyə qarşı qul kimi davranırdılar. Türk əsgəri göstərdi ki, o məzlumların tərəfindədir. Bu işıqlandırılmalıdır. Hansısa xəstəxanaya, dinc əhalinin evlərinə bomba düşməsinə dair bir fakt göstərə bilmirlər. Ancaq ABŞ-ın, Rusiyanın atdığı bombalardan orada yaşayan məzlum xalq əziyyət çəkirdi. Ən adi bir misal çəkim, əgər bir əsgərin arxasınca uşaq qaçırsa, bu artıq münasibətdir. Türk ordusunun əməliyyat keçirdiyi ərazidə uşaqlar əsgərlərin arxasınca qaçır. Bu onu göstərir ki, onlar türk əsgərlərinə xilaskar kimi baxırlar. Türkiyə orada əməliyyat keçirməklə yanaşı humanitar yardımlar da edir. Bu fakt nümunə kimi göstərilməlidir”.

Qeyd edək ki, Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində öldürülən terrorçuların sayı 823 nəfərə çatıb.

Səxavət Məmməd

www.yenicag.az

1135
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM