“Türk mediası Azərbaycanla bağlı feyk xəbərlərə aldandı” - Ülke TV-nin baş redaktoru
“Netanyahu tənhalığını uydurma və saxta xəbərlərlə möhkəmlətməyə çalışır”.
Yenicag.az xəbər verir ki, bunu “Ülke TV”-nin baş redaktoru Həsən Öztürk deyib.
O, Azərbaycana qarşı yayılan saxta xəbərlərin pərdəarxası məqamlarını şərh edib.
Baş redaktor qeyd edib ki, davamlı olaraq uydurma və feyk xəbərlər hazırladırlar. Təəssüf ki, türk mediası da aldandı.
“İsrail baş naziri Benyamin Netanyahu BMT-də çıxış edərkən ölkə təmsilçilərindən bir Azərbaycanın salonda qaldığı ilə bağlı xəbərlər hazırladılar. Onun isə feyk olduğu üzə çıxarıldı. Tək qalan Netanyahunun rəngi dəyişdi”, – deyə o bildirib.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov