!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk ölkəsi gecikir: AB başqa mənbələrə üz tutur

!Reklam – Yazi

Qaz ehtiyatlarına görə dünyada dördüncü yeri tutan Türkmənistan Avropaya tədarük planlaşdırarkən, Transxəzər qaz kəmərinin tikintisinin maliyyələşdirilməsi problemləri fonunda digər ölkələrə uduzur.

Yenicag.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, böyük qaz layihəsinin cəlbediciliyi getdikcə azalır, çünki onu daha ucuz və sürətli variantla əvəz etmək olar.

Adının açıqlanmasını istəməyən AB rəsmisi qaz ixracı ilə bağlı Türkmənistanla əlaqənin olmaması barədə danışıb:

“ABŞ Avropaya mayeləşdirilmiş təbii qaz tədarükünü artırır, İsrail Aralıq dənizində qaz layihəsi hazırlayır və onun potensial müştərisi AB olur. Türkmənistan tədarükün təşkili üçün AB ölkələri ilə kommunikasiya kanalları yaratmalıdır. Həmçinin, Transxəzər boru kəmərinin tikintisi illər çəkə bilər”.

Qeyd edək ki, Transxəzər qaz kəməri layihəsi 1990-cı illərin ortalarından müzakirə olunur. Bu, Türkmənistan və Qazaxıstandan qazın Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə, oradan isə AB ölkələrinə nəqlini nəzərdə tutur. Layihənin dəyəri 5 milyard dollar qiymətləndirilir.

COP29

www.yenicag.az

254
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv