!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk serialında Azərbaycan ərazisi niyə Ermənistan adı altında verildi? - İstehsalçılardan AÇIQLAMA

!Reklam – Yazi

Türkiyədə yayımlanan “Akıncı” serialının 16-ci bölümündə Azərbaycan ərazisinin Ermənistan adı altında verilməsinə istehsalçı şirkət tərəfindən aydınlıq gətirilib.

Yenicag.az xəbər verir ki, “NTC Media” tərəfindən sözügedən məsələ ilə bağlı verilən açıqlamada o səhnəyə serialda təsvir edilən qondarma təşkilatın həyata keçirmək istədiyi əməl kimi yer verildiyi qeyd edilib:

“Akıncı” serialının 16-cı bölümündə, dünya ölkələrinin sərhədlərini öz maraqları naminə yenidən müəyyənləşdirməyə cəhd göstərən “Haritacılar” adlı qanunsuz bir təşkilata üzv olan serialın mənfi obrazı tərəfindən Türkiyə və onun qonşu ölkələrini göstərən qondarma xəritə göstərilmişdir. Tamamilə qondarma bir təşkilat olan “Haritacılar” tərəfindən əsas alınan o xəritə serialın bütün digər elementləri kimi bir xəyal məhsuludur. O epizodda olan xəritə və xəritədəki sərhədlər də həqiqəti əks etdirmir. Ssenariyə əsasən bir qondarma təşkilatın niyyətini göstərmək üçün qurulsa da, dost və qardaş Azərbaycan xalqının həssaslığı nəzərə alınaraq bu xəritə dəyişdirilmişdir.

Hörmətlə ictimaiyyətə elan olunur”.

www.yenicag.az

928
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv