!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə 49,5 dərəcə isti ilə "YANIR" - Azərbaycanda rekord həddə temperatur qeydə alına bilərmi?

!Reklam – Yazi

Türkiyənin Əskişəhər vilayətində havanın temperaturu 49,5 dərəcə Selsiyə çatıb. Bu da Türkiyə tarixində rekord göstəricidir. Havanın temperaturunun buna qədərki rekord göstəricisi isə 49,1 dərəcə Selsi olub.

Türkiyə ilə təxminən eyni coğrafi mövqedə yerləşən Azərbaycan üçün də temperatur bu həddə qədər arta bilərmi?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında ekoloq Qorxmaz İbrahimli Azərbaycanda havanın temperaturunun Türkiyədəki kimi 49 dərəcəyə çatmasa da, isti hava kütlələrinin qeydə alınacağını bildirib:

“Türkiyəyə isti hava kütlələrinin daxil olacağı haqqında bir neçə gün əvvəl metereoloji məlumatlar verilmişdi. Təəssüflər olsun ki, biz isti hava kütlələri haqqında məlumatı bir az şişirdilmiş şəkildə ya veririk, ya da qəbul edirik.
Ankarada və yaxud da 15-20 gün əvvəl İtaliyada temperaturun 49 dərəcəyə çatması Afrikadan gələn isti hava kütləsi ilə əlaqədar idi. Həmin isti hava axını Cənubi Avropa və Türkiyəyə daxil oldu və nəticədə kəskin istilər qeydə alındı. Bu, normaldır.

Bildiyimiz kimi, Ərəbistan yarımadası və ekvator ətrafı yerlərdə 50 dərəcə, hətta daha çox istilər qeydə alınır. İsti cənub küləkləri də bu havanı zamanla daşıyır. Məsələn, Yaponiyada bir neçə il əvvəl reaktorda partlayış oldu və bu, hətta Avropaya qədər gedib çıxdı.

Azərbaycanda havanın temperaturu Türkiyədəki kimi 49 dərəcə olmasa da, isti hava kütlələri qeydə alınacaq. Bu da yay aylarına xas bir şeydir. Noyabr, dekabr aylarında Azərbaycanda 40-45 dərəcə isti hava görsək bu, normal olmaz. Hazırda subtropik mülayim qurşaqda yerləşən Azərbaycanda yay olduğuna görə isti hava kütlələri ölkədə hakimdir. 2 həftə bundan əvvələ qədər Bakıda küləkdən tərpənmək olmurdu. Hətta çimərliklər də normal fəaliyyət göstərə bilmirdi.

Artıq 10 gündür ki, Abşeron ərazisində hava sabit, isti keçməyə başlayıb. Bu baxımdan narahat olmağa ehtiyac yoxdur.
Çox istərdim ki, müvafiq qurumlar isti havalar haqqında insanları xəbərdar etsin. Günün isti vaxtlarında, xüsusən, saat 12-dən 6-ya qədər insanlar günün altında çox qalmasınlar. Bu qaydalara əməl edildiyi təqdirdə isti havaların insanlara heç bir ciddi zərəri olmaz”.

Sadiq Cavadov

www.yenicag.az

816
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv