!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə ABŞ-a iki dəfə nota verdi - Rza Zərraba görə

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Türkiyə hökuməti Amerika Birləşmiş Ştatlarına həbs olunan Rza Zərraba görə nota göndərib.

Yenicag.az xəbər verir ki, bu xəbərlər artıq rəsmi səviyyədə də təsdiqini tapıb. Belə ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a bir yox, hətta iki dəfə nota göndərildiyini bəyan edib.

“Vəkillərinin əldə edə bilmədiyi məlumatlar çıxan kimi mətbuatda da əksini tapdı. Biz bunun səhəri gün ABŞ-a yazılı nota göndərdik. Çünki bu, bizim vətəndaşımızdı. Yayılan xəbərlərin nə dərəcədə həqiqət olduğunu, əslində nələrin baş verdiyini soruşduq. Aradan 3-4 gün keçdi, amma ABŞ-dan səs-soraq çıxmadı. Dünən təkrar nota ünvanladıq. Cavabları belə oldu ki, Rza başqa yerə köçürülüb. Sağlığı da qaydasındadı, etibarlı yerdə saxlanılır, heç bir problem yoxdur”.

www.yenicag.az

1899
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv