Türkiyə aeroportunda azərbaycanlı saxlanıldı

media-hightechnic-468x90

149718_res_01İstanbulda ölkəyə qanunsuz yolla külli miqdarda qiymətli daşlar keçirməyə çalışan Azərbaycan vətəndaşı saxlanılıb.

Qaçaqmalçılığa qarşı mübarizə şöbəsi İstanbulun Sabiha Gökçen hava limanında çay paketlərində 5,5 kq zümrüdü Türkiyə ərazisinə keçirməyə çalışan şəxsi saxlayıb. Azərbaycan vətəndaşı olan həmin şəxsin keçirmək istədiyi qiymətli daşların ümumi dəyəri isə təqribən 1 milyon dollar məbləğində olub.

Saxlanılan şəxsin qiymətli daşları qaçaqmalçılıq yolu ilə BƏƏ-dən gətirən mütəşəkkil cinayətkar qrupun üzvü olduğu ehtimal olunur.

Faktla bağlı istintaq başlanılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600