!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə-Azərbaycan Universiteti hansı binada fəaliyyət göstərəcək?

!Reklam – Yazi

2024-2025-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetinə (TAU) tələbə qəbulu aparılacaq. Abituriyentlər TAU-nun tədris ingilis dilində aparılacaq ixtisaslarını (kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi) seçə bilərlər. Universitetin yerləşəcəyi bina hələlik rəsmi olaraq açıqlanmayıb. 

Modern.az-ın əldə etdiyi məlumata görə, ali təhsil ocağının binası Bakının Xətai rayonunda yerləşəcək.

Bildirilir ki, TAU Bakı Ali Neft Məktəbinin (BANM) Xocalı prospektində yerləşən binasında fəaliyyət göstərəcək.  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi saytımıza açıqlamasında məlumatı təsdiqləyib. “Universitetin BANM-ın əvvəlki binasında fəaliyyətə başlayacağı doğrudur”, – açıqlamada deyilir.

BANM-ın isə 2024/2025-ci tədris ilində bu il ləğv edilən Bakı Fransız Liseyinin binasında fəaliyyət göstərəcəyi qeyd olunur. BANM-dan bildirilib ki, ali təhsil ocağının Xətaidəki filialının yeni binaya köçəcəyi barədə məlumat doğrudur. Qurumun mətbuat katibi yaxın vaxtlarda bu barədə məlumat veriləcəyini bildirib.

COP29

www.yenicag.az

126
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv