Türkiyə həftə ərzində artıq ikinci dəfədir ki, Dardanel boğazını beynəlxalq gəmilər üçün bağlayıb.
Yenicag.az-ın məlumatına görə, boğazda gəmilərin hərəkəti səhər saat 09:15-dən dayandırılıb. Gəmilərin hərəkətinin dayandırılmasına isə hazırda müşahidə olunan güclü külək və yağış səbəb olaraq göstərilir.
Qeyd edək ki, sonuncu dəfə Dardanel boğazı beynəlxalq gəmilər üçün fevralın 21-də bağlanmışdı. Həmin gün isə boğazda hərəkət qatı duman səbəbindən dayandırılmışdı./Trend/