Türkiyə “Eurovision”a qayıdıb

media-hightechnic-468x90

eurovision_wallpaper2_1600x1200Türkiyə “Eurovision 2015” mahnı yarışmasında iştirak edəcək.

2013-cü ildə səsvermə və püşkatma sisteminə görə etiraz edən Türkiyə yarışmaya qatılmayacağını açıqlamışdı.

Avropa Yayım Birliyinin üzr istəməsi və TRT-nin tələblərini qəbul etməsindən sonra ölkə yarışmada iştirak etməyə yenidən qərar verib.

TRT-nin rəsmisi Şenol Göka bildirib ki, təkcə səsvermə sistemində yox, ölkəyə qarşı davranışda da xeyli suallar olub. O əlavə edib ki, vaxtilə Avropa Yayım Birliyi rəhbərliyinin siyasətindən razı qalmayıblar: “Birliyin siyasəti bizi razı salmamışdı. Münasibət düzgün qurulmalıdır. İtaliya və Rumıniya kimi ölkələrə oxşar münasibət olub. Bolqarıstan da geri çəkilməyə qərar vermişdi. Bizim tələblərimiz yerinə yetiriləcək və iştirak edəcəyik”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05