!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Türkiyə göstərdiyi yardımlarla dünyaya liderlik edir" - Fəxrəddin Altun

!Reklam – Yazi

“Ölkə daxilində və xaricində epidemiyaya qarşı ən təsirli mübarizəni aparan ölkə olmağımıza baxmayaraq, beynəlxalq mətbuat təəssüf ki, Türkiyənin müvəffəqiyyətini görməzdən gəlir”.

Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Türk Qızıl Aypara Cəmiyyətinin yayım orqanı olan “1868” adlı jurnalın may nömrəsinə verdiyi müsahibəsində deyib.

Müsahibədə diqqət çəkən bəzi açıqlamaları təqdim edirik:

“Hörmətli prezidentimizin rəhbərliyi altında hər zaman olduğu kimi yeni növ koronavirusla (Kovid-19) mübarizə prosesində şəffaflığa əsaslanan informasiya strategiyası izləyirik. Bütün proseslərlə əlaqədar gerçək məlumatları tez bir zamanda millətimizlə paylaşmaqla yanaşı, dezinformasiyaya qarşı da çox əhəmiyyətli bir mübarizə aparırıq.

Dövlətimiz Kovid-19 epidemiyasının təsirini ən aza endirə bilmək üçün hələ yoluxma halı qeydə alınmamışdan əvvəl bir çox tədbir həyata keçirdi və bütün imkanlarını səfərbər etdi. Prosesin əvvəlində prezidentimizin göstərişi ilə Səhiyyə Nazirliyi nəzdində Elmi Komitə yaradılmaqla milli strategiya müəyyən edildi. Burada alınan bütün qərarlar və ortaya çıxan məlumatlar açıq və dəqiq bir şəkildə ictimaiyyətə təqdim edildi. Test, yoluxma, vəfat və sağalma sayı ilə bağlı şəffaf bir şəkildə periodik olaraq məlumatlar verildi.

Sosial mediada qərəzli şəkildə yayılan yalan xəbər və paylaşımlara etibar edilməməsi, Türkiyə düşmənlərinin böhranı pis əməllərinə alət etmələrinə imkan verilməməsi istiqamətindəki çağırışlarımızı davamlı olaraq təkrarladıq. Epidemiya ilə əlaqədar tədbirlər və statistik rəqəmlərlə bağlı məlumatların çatdırılması mövzusunda olduqca açıq və şəffaf olduq, olmağa da davam edirik.

Kovid-19 ilə mübarizə çərçivəsində görülən hər bir tədbirə və atılan hər bir addıma xalqımız yüksək səviyyədə sahib çıxdı. Hörmətli prezidentimizin “Biz bizə yetərik Türkiyəm” çağırışıyla başlatdığı milli həmrəylik kampaniyasına verilən dəstək də bunun göstəricisi oldu.

Vəfa Sosial Dəstək qruplarımız hər gün minlərlə insana yardım əlini uzadır. Bu tətbiqlə başda dəyərli böyüklərimiz olmaqla bir çox insanımıza dövlətimizin və millətimizin şəfqət əli toxundu.

Prezidentimizin göstərişləri ilə ölkə daxilində və xaricində heç bir vətəndaşımızı tək qoymuruq. Son olaraq İsveçdə Kovid-19 testi müsbət çıxan, ancaq müalicə edilməyən Əmrullah Gülüşkəni təcili tibbi yardım təyyarəsi göndərib Türkiyəyə gətirməyimiz bu yanaşmamızın bir nümunəsi oldu.

Yalnız vətəndaşlarımıza deyil, bütün insanlara qarşı dünyanın ortaq mübarizəsində insani rəftarla hərəkət edirik.

Türkiyə koronovirusla qlobal mübarizə çərçivəsində bu günə qədər 57 fərqli ölkəyə tibbi ləvazimat yardımı göstərib. Bu yardımlar humanitar məsuliyyət çərçivəsində reallaşdırılır. Türkiyə Kovid-19 ilə mübarizədə nümunə olduğu kimi, göstərdiyi yardımlarla da dünyaya liderlik edir. Ancaq ölkə daxilində və xaricində epidemiyaya qarşı ən təsirli mübarizəni aparan ölkə olmağımıza baxmayaraq, beynəlxalq mətbuat təəssüf ki, Türkiyənin müvəffəqiyyətini görməzdən gəlir.

Bununla birlikdə, beynəlxalq mətbuat ABŞ-da səyahət qadağası və ya İtaliyada iş yerlərinin bağlanılması kimi xəbərlərdə manipulasiya edici və qərəzli şəkildə Türkiyədən fotoşəkillər istifadə edərək, əsla qəbul edilməyəcək səhvlər etdi. Yanıldıcı xəbərlərə qarşı reaksiyamızı bu media quruluşlarına dərhal məktub göndərərək göstərdik və o fotoşəkillərin silinməsini təmin etdik. Son olaraq Kovid-19 epidemiyasıyla mübarizədə müvəffəqiyyət əldə edilən ölkələrlə bağlı baş məqaləsində Türkiyənin uğurlarına yer verməyən ABŞ-ın “The New York Times” qəzetinə məktub yazaraq, qəzeti səhvini düzəltməyə məcbur etdik.

Hörmətli prezidentimiz telefon diplomatiyası ilə epidemiyaya qarşı mübarizədə qlobal təşəbbüslərə liderlik edərək, bu prosesin beynəlxalq həmrəyliklə uğur qazanacağını qeyd etdiyi halda, xarici mətbuatda Türkiyənin epidemiyaya qarşı uğurlarının görülməməsi və ya pis niyyətli xəbər və görüntülərə yer verilməsi Türkiyə düşmənliyinin biruzə verilməsindən başqa bir şey deyil”.

COP29

www.yenicag.az

712
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv