!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Türkiyə humanitar fəlakətin yaşanmasını izləyə bilməz" - Fəxrəddin Altun

!Reklam – Yazi

“Biz nə razılaşmalarımızdan geri addım atacağıq, nə də bu alçaq rejimin milyonlarla mülki vətəndaşı öldürməsinə və ya sərhədlərimizə doğru sürgün etməsinə imkan verəcəyik. Rejim bölgədə həddindən artıq xaosa və məhvə səbəb oldu. Türkiyə heç bir şey etmədən, gözlərinin qarşısında humanitar fəlakətin yaşanmasını izləyə bilməz”.

Yenicag.az “Hurriyyet”ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun “Twitter” hesabındakı paylaşımında qeyd edib.

Altun Əsəd rejiminin milyonlarla insanın didərgin düşməsinə, qaçqınlara, müharibə cinayətlərinə, kimyəvi silah hücumlarına, terrorizmə və regional qeyri-sabitliyə görə məsuliyyət daşıdığını deyib: “Rejimin İdlibdəki təcavüzkar mövqeyi onun etibarlı olmadığını, qarşısı alınmalı və etdiklərinə görə məsuliyyətə cəlb edilməli olduğunu göstərir. Rejim vətəndaş müharibəsi başlayandan bəri bütün razılaşmaları pozub, öz vətəndaşlarını öldürüb və bütün əxlaqi dəyərləri pozub.”

Altunun sözlərinə görə, belə bir rejimi dəstəkləyənlər bölgədə daha çox qeyri-sabitliyə və təhlükəyə səbəb olacaqlarını bilməlidirlər:

“Türkiyə Astana və Soçi proseslərində Rusiya və İran ilə əldə etdiyi razılaşma çərçivəsində münaqişəsizlik bölgəsi yaratmağa çalışır. Rejim müxtəlif bəhanələrlə mülki vətəndaşlara hücum edərək İdlibin idarəsini ələ keçirməyə çalışmaqla bu razılaşmanın şərtlərini pozur. Biz nə razılaşmalarımızdan geri addım atacağıq, nə də bu alçaq rejimin milyonlarla vətəndaşı öldürməsinə və ya sərhədlərimizə doğru sürgün etməsinə imkan verəcəyik. Rejim bölgədə həddindən artıq xaosa və məhvə səbəb oldu. Türkiyə heç bir şey etmədən, gözlərinin qarşısında humanitar fəlakətin yaşanmasını izləyə bilməz”.

COP29

www.yenicag.az

1771
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv