!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə ilə Ermənistan bu məsələlərdə razılığa gəldi – FOTO

!Reklam – Yazi

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin xüsusi nümayəndələri, səfir Serdar Kılıç və Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan iki ölkə sərhədindəki Əlican-Mərqara keçid məntəqəsində beşinci görüşlərini keçiriblər.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələr məlumat yayıb.

Tərəflər, Akyaka-Ahurik dəmir yolu sərhəd keçidi bölgəsində baş verən hadisələrə uyğun olaraq işə salınması üçün texniki ehtiyacların qiymətləndirilməsi barədə razılığa gəliblər. Diplomatik və xidməti pasportlara malik şəxslər üçün viza prosedurlarının qarşılıqlı sadələşdirilməsi haqqında da razılıq əldə olunub.

Xüsusi nümayəndələr son məqsədi ikitərəfli münasibətlərin yekun tənzimlənməsi olan normallaşma prosesini ilkin şərt olmadan davam etdirmək barədə razılıqlarını təsdiqləyiblər.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

170
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv