Türkiyə İraqa hərbi yardım göndərdi-Foto

media-hightechnic-468x90

img1758617Türkiyə İŞİD terror qruplaşmasına qarşı əməliyyata başlayan İraqa iki təyyarə dolu hərbi yardım göndərib.

Yenicag.az müsavat-a istinadən bildirir ki, Türkiyənin İraqa göndərdiyi hərbi yardımlar C-130 tipli iki hərbi təyyarə ilə paytaxt Bağdadın 20 kilometr şərqindəki Əl Musenna hərbi hava bazasına çatdırılıb. Türkiyənin İraqdakı səfiri Faruk Kaymakçı hərbi yardımları bu ölkənin Müdafiə Nazirliyinə təhvil verib.

Səfirlikdən verilən açıqlamada deyilir: “Türkiyə İŞİD-ə qarşı mübarizədə beynəlxalq koalisiyasının tərkibində, istərsə də ikitərəfli səviyyədə dost və qardaş İraq hökumətinin və xalqının yanında olmağı, İraqın birliyi və bütövlüyü, sabitliyi, təhlükəsizliyi və rifahı üçün əlindən gələn yardımları davam etdirəcək”.

Təyyarələrdə 500 əsgər üçün hərbi təhcizat daşındığı bildirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa