!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə-İsrail münaqişəsi aktiv müharibə həddinə çatır?

!Reklam – Yazi

“Yaranan gərginliyi qısa müddətdə həll etmək çətindir”.

Bunu Yenicag.az-a açıqlamasında son günlər gərginləşən Türkiyə-İsrail münasibətlərinin mümkün müharibə ehtimalından danışan politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, bu gün Türkiyə və İsrail arasında vəziyyət kifayət qədər gərgin həddədir.
“Xüsusilə “Mavi vatan” hadisəsindən sonra sözügedən iki ölkənin münasibətlərində siyasi buzlar əmələ gəldi. Yaranan gərginliyi isə qısa müddətdə həll etmək çətindir. Buna səbəb əsas faktor isə Türkiyə hakimiyyətinin müsəlman birliyinə xüsusi dəyər verməsidir. Əlavə olaraq keçmişə nəzər salsaq, Türkiyə və Fələstin arasında Osmanlı dönəmindən tarixi bağların olduğunu görərik”, – deyə o əlavə edib.
Politoloq qeyd edib ki, bu baxımdan, istər geosiyasi müstəvidə aparıcı aktor kimi, istərsə də müsəlman dünyasının lideri olaraq Türkiyə İsrail-Fələstin münaqişəsində HƏMAS-ı dəstəkləyir.

“Lakin heç vaxt Türkiyə-İsrail münaqişəsi aktiv müharibə həddinə çata bilməz. Belə bir ehtimalın var olacağını saysaq belə İsraillə əməkdaşlığımız olsa da, seçimimiz Türkiyənin yanında olmaqdır”, – deyə politoloq qeyd edib.

Nəsimi Ələsgərli

www.yenicag.az

223
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv