!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə liderindən telefon diplomatiyası

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Niderlandın Baş naziri Mark Rutte, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının başçısı Sadır Japarov ilə telefon danışıqları olub.

Yenicag.az xəbər verir ki, Prezident Ərdoğan ilə Mark Rutte danışıq zamanı Türkiyə və Niderland arasındakı ikitərəfli əlaqələr, eləcə də NATO-nun yeni Baş katibinin müəyyənləşdirilməsi prosesi barədə fikir mübadiləsi aparıblar.

Prezident Ərdoğan NATO-nun Baş katibliyinə namizəd Rutteyə Türkiyənin alyansın yeni rəhbərindən gözləntilərini çatdırıb.

Ərdoğan yeni Baş katibin terrorizm və digər çağırışlarla mübarizədə üzvlərin təhlükəsizliyi və maraqlarına ən yaxşı şəkildə xidmət etməsi, alyansın birliyini gücləndirməsi və NATO-nun əsas roluna üstünlük verərək müəyyən edilmiş təcrübələrə riayət etmək üçün inandırıcı öhdəliklər götürməsi, Avropa İttifaqına üzv olmayan müttəfiqlərin həssaslıqlarını nəzərə almasının vacibliyini ifadə edib.

Bildirilib ki, bu prinsiplər işığında Türkiyə qeyd edilən məsələ ilə bağlı qərarını strateji ağıl və bərabərlik çərçivəsində verəcək.

Ərdoğan ilə Özbəkistan və Qırğızıstan prezidentləri arasındaki danışıq zamanı ölkələr arasındaki əlaqələr və regional məsələlər müzakirə olunub.

Prezident Ərdoğan Türkiyənin demokratik yetkinliklə keçirdiyi yerli seçkilər münasibətilə təbriklərə görə Mirziyoyev və Japarovə təşəkkür edib./Azertag/

www.yenicag.az

159
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv