Türkiyə lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşdı

media-hightechnic-468x90

Türkiyə valyutası dollar və avro qarşısında yenidən dəyər itirməyə başlayıb və bazar ertəsi tarixi minimumunu yeniləyib.

Yenicag.az Rusiya mediasına istinadən xəbər verir ki, türk lirəsi gün ərzində 1 ABŞ dolları üzrə 26,31 lirə civarında ticarət olunub. Hazırda isə 26,35 səviyyəsinə qədər enib.

Rusiya mediasının iddiasına görə, buna səbəb taxıl müqaviləsi ətrafında yaranmış vəziyyətdir.

Xatırladaq ki, bu gün Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov “Taxıl sazişi”nin müddətinin başa çatdığını və sənədin vaxtının uzadılmadığını deyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa