!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Türkiyə "Liviya liviyalılarındır" prinsipi ilə hərəkət edir" – Türkiyənin Milli Müdafiə Nazirliyi

!Reklam – Yazi

Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın ərəb televiziyasına verdiyi müsahibəsində Birləşmiş Ərəb Əmirliklərinin ünvanına səsləndirdiyi sərt ifadələrlə bağlı Bəhreynin xarici işlər nazirliyi Əbu Dabiyə dəstək bəyanatı vermişdi.

Yenicag.az-ın Avropa.info-ya istinadən məlumatına görə, bununla əlaqədar Türkiyə Milli Müdafiə Nazirliyi yaydığı açıqlamasında “Əbu-Dabi hakimiyyətinin Suriya, Liviya, Yəmən və Afrika bölgələrində başda Birləşmiş Millətlər Təşkilatının qərarı olmaqla ümumbəşəri qaydaları və mənəvi dəyərləri pozaraq həyata keçirdiyi sabitliyi pozan fəaliyyətləri konstruktiv olaraq səciyyələndirmək və onlara verdiyimiz haqlı reaksiyanı ərəb qardaşlarımıza qarşı edilmiş kimi göstərmək uğursuz və faydasız bir səydir. Ərəb xalqı bizim dostumuzdur, qardaşımızdır”, – deyə bildirilib.

Açıqlamada “Əbu-Dabi rəhbərliyini və bu rəhbərliyi dəstəkləyən hökumətləri məntiqli olmağa dəvət edirik. Bəhreyn rəhbərliyini bu gün yanında olduqları dövlət və millətlərin yaxın tarixdə bölgədə etdiklərini xatırlatmaqdan utanırıq. Regional sülh, sabitlik və təhlükəsizlik qiyamçıların tərəfində deyil, hüquq və legitimliyin yanında yer alaraq qorunur. Türkiyənin Liviya ilə 500 ilə yaxın ortaq tarixi, mədəniyyəti və inancları var. Türkiyə “Liviya liviyalılarındır” prinsipi ilə hərəkət edir. Məqsədimiz, Liviya Milli Razılıq Hökumətinin başçılığı altında bütün liviyalıları əhatə edən ərazi bütövlüyü və milli birliyi təmin edilən, müstəqil, suveren və firavan Liviyadır”, – deyə bildirilib.

www.yenicag.az

649
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv